V. Bayramlı: Neftin qiymətinin aşağı düşməsi xalqın iqtisadi problemlərini ikiqat artırır
Avq 19, 2015 18:50 Asia/Baku
-
V. Bayramlı: Neftin qiymətinin aşağı düşməsi xalqın iqtisadi problemlərini ikiqat artırır
Azərbaycan Respublikasında iqtisadçı Vüqar Bayramlı deyib ki, dünya bazarlarında neftin qiymətinin aşağı düşməsi neftdən asılı olan Azərbaycan iqtisadiyyatı üçün ikiqat problemlər yaradıbdır.
O, əlavə edib: Qarşıdakı aylarda da neftin qiymətinin aşağı düşməsi ehtimalı var və bu məsələ Azərbaycan Respublikasının pul vahidi olan manatın dəyərinin azalmasında da ciddi təsirə malik olacaqdır.Vüqar Bayramlı ötən aylarda Azərbaycan Respublikasının ixracat göstəricisinin nəzərəçarpacaq dərəcədə tənəzzül etməsinə toxunaraq, deyib: Bu məsələ özünə uyğun olaraq, cəmiyyətdə inflyasiya yaratdı ki, onun təsiri xalqın məişət durumunda və onun alıcılıq qabiliyyətində nəzərəçarpacaq dərəcədədir.
Bu iqtisadi ekspert bu qarışıq iqtisadi vəziyyətdən yeganə çıxış yolunu daxili istehsalın gücləndirilməsi və İran, Türkiyə, Rusiya və Gürcüstan kimi qonşu ölkələrlə iqtisadi münasibətlərin genişləndirilməsində görüb.