Həzrət Ayətullah Nuri-Həmədani Azərbaycan Respublikasına səfər edəcək
https://azeri.sahartv.ir/news/azərbaycan-i197176-həzrət_ayətullah_nuri_həmədani_azərbaycan_respublikasına_səfər_edəcək
Təqlid mərcələrindən olan Həzrət Ayətullah Hacı Şeyx Huseyn Nuri-Həmədani sabah Azərbaycan Respublikasına səfər edəcək.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 30, 2015 09:02 Asia/Baku
  • Həzrət Ayətullah Nuri-Həmədani Azərbaycan Respublikasına səfər edəcək
    Həzrət Ayətullah Nuri-Həmədani Azərbaycan Respublikasına səfər edəcək

Təqlid mərcələrindən olan Həzrət Ayətullah Hacı Şeyx Huseyn Nuri-Həmədani sabah Azərbaycan Respublikasına səfər edəcək.

Bu böyük təqlid mərcəyi sabah səhərdən başlanacaq altı günlük səfərində Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin qonağı olacaq.
Azərbaycan Respublikasının din alimləri ilə görüş və Təzə Pir məscidində Qafqaz Müsəlmanları İdarəsinin iclasında iştirak bu böyük təqlid mərcəyinin proqramlarından elan olunub.
Həzrət Ayətullah Nuri-Həmədani həmçinin Azərbaycan Respublikasına səfərdə tarixi Şamaxı və Gəncə şəhərlərində də olacaq.
Bakıda Hökumə xatun(ə) məqbərəsi və Gəncədə İmamzadə Seyid İbrahim(ə)-ın nurlu barigahını ziyarət etmək, Şamaxı Cümə məscidi, Böyük Heydər məscidi və Nizami Gəncəvi Kompleksində olmaq və Bakıda yaşayan iranlılar qarşısında çıxış bu böyük təqlid mərcəyinin digər proqramlarından elan olunub.