Qubadlının işğalından 22 il keçir
https://azeri.sahartv.ir/news/azərbaycan-i197197-qubadlının_işğalından_22_il_keçir
Bu gün Qubadlı rayonunun işğal olunmasının 16-cı ildönümü tamam olur.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 31, 2015 06:28 Asia/Baku
  • Qubadlının işğalından 22 il keçir
    Qubadlının işğalından 22 il keçir

Bu gün Qubadlı rayonunun işğal olunmasının 16-cı ildönümü tamam olur.

Azərbaycanın tarixi ərazisi Qubadlı 1993-cü il avqustun 31-də erməni hərbi birləşmələri tərəfindən işğal olunub.

Dağlıq Qarabağı qanunsuz işğal altında saxlayan Ermənistan rəhbərliyi Qarabağətrafı rayonlarda da infrastruktur layihələri həyata keçirir. Ermənistan BMT Təhülkəsizlik Şurasının qətnamələrinin ziddinə olaraq Kəlbəcər rayonu ərazisində xəstəxana, Qubadlının Həkəri çayı sahilində yerləşən Xanlıq kəndində isə fərdi yaşayış evləri tikir.

Xanlıq kəndindəki yaşayış evləri “Tufenkyan fondu”, Kəlbəcərdəki ikimərtəbəli xəstəxana isə Ermənistanın “K-Telecom” mobil operator şirkətinin əslən Livan ermənisi olan baş direktoru Ralf Yirikyan tərəfindən maliyyələşdirilir.

Zəngilan, Laçın, Cəbrayıl, eyni zamanda Ermənistanın Gorus və Qafan rayonları ilə sərhəddə yerləşən Qubadlı strateji əhəmiyyəti ilə seçilirdi. Azərbaycanın ən bolsulu çaylarından olan Həkəri və Bərguşad çayları məhz bu rayon ərazisindən keçirQubadlı rayonu öz tarixi abidələri ilə də məşhur idi.
Rayondan qaçqın düşmüş 31300 nəfər əhali əsasən Sumqayıt şəhərində və ölkənin 42 yaşayış məntəqəsində məskunlaşıb. Qubadlı uğrunda döyüşlərdə 230 nəfər şəhid olub ki, onlardan da12 nəfəri Milli Qəhrəman adına layiq görülüb.