Sen 02, 2015 11:52 Asia/Baku
  • Əli Laricani
    Əli Laricani

İran İslam Şurası Məclisinin sədri müştərək addım üzrə əhatəli proqramın mətnini tərəflər üçün münasib razılaşma adlandırıb.

Dünyanın parlament sədrlərinin dördüncü iclasında iştirak məqsədilə Nyu-Yorka səfər etmiş İran İslam Şurası Məclisinin sədri Əli Laricani CNN telekanalı ilə müsahibədə deyib ki, nüvə razılaşmasında çatışmazlıqların olması mümkün olsa da bütövlükdə Vyana müzakirələrindən əldə edilmiş müştərək addım üzrə əhatəli proqram yaxşı bir razılaşma olub.

Laricani bildirib ki, müştərək addım üzrə əhatəli proqram məclisdə və İran Milli Təhlükəsizlik Ali Şurasında araşdırılmaqdadır. O, qeyd edib ki, bu bəhslərin həyata keçrilməsi və nəticə verməsinə imkan vermək lazımdır.

İran İslam Şurası Məclisinin sədri ABŞ konqresində nüvə razılaşması ilə müxalifətlər barədə deyib ki, Amerika konqresində bəziləri bu məsələdə mübaliğə edirlər və deyirlər ki, bu razılaşma çox İranın xeyrinə olub, amma belə deyil.

Laricani əlavə edib: Bu müzakirələrdə Amerika zorakılıq etdi, amma xoşbəxtlikdən, İran İslam Respublikası bəzi istəklərinə çata və onları sənəddə yerləşdirə bildi.

Laricani "Hələ də Amerikanı böyük şeytan bilirsiniz?" sualının cavabında deyib: Bu məsələdə şübhə yoxdur ki, Amerikanın İrana qarşı keçmişdəki rəftarı, bu ölkənin militarizmi və problem yaratması regiona böüyk xəsarətlər vurubdur ki, bunlardan Amerikanın Əfqanıstan və İraqa qarşı hücumlarına işarə etmək olar.

İran İslam Şurası Məclisinin sədri Amerikanın İraqın keçmiş diktatoru Səddamı İrana hücum etməyə və səkkiz illik müharibəni törətməyə təşviq etməsinə dair faktlara toxuanaraq, söyləyib: Əgər Amerika İran qarşısında daha real münasibətdən çıxış etmək qərarına gələrsə, baxışlaırn dəyişməsi imkanı mövcuddur.

Teqlər