Azərbaycan Ordusunun əsgəri şəhid oldu
Sen 04, 2015 21:12 Asia/Baku
Azərbaycan Ordusu daha bir şəhid verib.
"Qafqazinfo" xəbər verir ki, Zərdab rayon Şahhüseyinli kənd sakini 1996-cı il təvəllüdlü Samir Dadaş oğlu Orucov ötən gecə Murovda hərbi xidmətini yerinə yetirərkən şəhid olub.Onun cәsәdi dünәn gecә yarısı ailәsinә tәhvil verilib və bu gün torpağa tapşırılıb. Samir Orucovun hərbi xidməti başa vurmasına 27 gün qalmışdı.
Qoşunların təmas xəttində monitorinq keçirmək üçün bölgəyə səfər edən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçilərinə Ermənistan ordusunun cəbhə xəttində yaratdığı gərginlik barədə məlumat verilib. Bildirilib ki, erməni tərəfi Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri ilə yanaşı, yaşayış məntəqələrini və təsərrüfat işləri ilə məşğul olan dinc əhalini mütəmadi olaraq atəşə tutur, bu səbəbdən cəbhəyanı kəndlərin sakinlərinin yaşayışı dözülməz həddə çatıb.