Qarabağ separatçılarının iki hərbçisi həlak olub
https://azeri.sahartv.ir/news/azərbaycan-i197354-qarabağ_separatçılarının_iki_hərbçisi_həlak_olub
Qarabağ separatçılarının rəsmiləri cümə günü bir bəyanatda Az. R. əsgərlərinin hücumunda bu məntəqədə iki separatçı erməninin həlak olmasından xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 05, 2015 09:39 Asia/Baku
  • Qarabağ separatçılarının iki hərbçisi həlak olub
    Qarabağ separatçılarının iki hərbçisi həlak olub

Qarabağ separatçılarının rəsmiləri cümə günü bir bəyanatda Az. R. əsgərlərinin hücumunda bu məntəqədə iki separatçı erməninin həlak olmasından xəbər verib.

Frans Pressin İrəvandan verdiyi məlumata əsasən Qarabağ Müdafiə Nazirliyi tərəfindən yayılan bəyanatda qeyd olunub: Cümə günü Azəri qüvvələri Qarabağ-Az. R-nın təmas xəttində Qarabağ separatçılarının iki hərbçisini öldürüblər.


Hərbi manevr keçirməkdə olan Ermənistan Bakını Qarabağ sərhəd məntəqəsi yaxınlığında atəşkəs qaydalarını pozmaqda günahlandırıb.


Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Artesron Haonsiyan cümə axşamı bir bəyanatda bildirib ki, son günlər Az. R-nın silahlı dəstələrinin bir qrup əsgəri dəfələrlə atəşkəs qaydalarını pozublar.


Ermənistanın Müdafiə Nazirliyinin sözçüsü çərşənbə günü axşam üstü erməni bir əsgərin təmas xəttində həlak olmasına işarə edərək bildirib: Az. R-nın hərbçiləri habelə Ermənistan kəndlərinin üstünə atəş açaraq iki mülkinin həlak olmasına səbəb olublar. Belə bir vəziyyətdə Az. R. ermənilərin dəfələrlə atəşkəs qaydalarını pozmalarından nigaran qaldığını bildirib.