Azərbaycan XİN: BMT-nin ali komissarının fikirləri sifarişli və qeyri-obyektivdir
https://azeri.sahartv.ir/news/azərbaycan-i197495-azərbaycan_xİn_bmt_nin_ali_komissarının_fikirləri_sifarişli_və_qeyri_obyektivdir
“BMT-nin insan hüquqları üzrə ali komissarı Zeyd Rəəd Əl-Hüseyn tərəfindən Azərbaycanda insan hüquqları ilə əlaqədar səsləndirilən fikirlər sifarişli və qeyri-obyektiv xarakter daşıyır”.Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 09, 2015 16:49 Asia/Baku
  • Azərbaycan XİN: BMT-nin ali komissarının fikirləri sifarişli və qeyri-obyektivdir
    Azərbaycan XİN: BMT-nin ali komissarının fikirləri sifarişli və qeyri-obyektivdir

“BMT-nin insan hüquqları üzrə ali komissarı Zeyd Rəəd Əl-Hüseyn tərəfindən Azərbaycanda insan hüquqları ilə əlaqədar səsləndirilən fikirlər sifarişli və qeyri-obyektiv xarakter daşıyır”.Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

Mətbuat katibi bildirib: Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və beynəlxalq səviyyədə tərəfdar çıxdığı öhdəlikləri əsasında ölkəmizdə qanunun aliliyi, fundamental hüquq və azadlıqların, o cümlədən mətbuatın azadlığı tam şəkildə təmin olunub. Azərbaycan Respublikası vətəndaşlarının hüquq və mənafelərinin qorunması dövlətimizin ali məqsədidir”.


Qeyd edək ki, BMT-nin insan hüquqları üzrə ali komissarı Zeyd Rəəd Əl-Hüseyn bəyanat yayaraq Azərbaycanda vətəndaş cəmiyyətinin və fikir azadlığının təqib olunduğunu bildirib.