Azərbaycan və İran Xəzər dənizində neft-qaz yataqlarının kəşfi sahəsində əməkdaşlıq edəcək
https://azeri.sahartv.ir/news/azərbaycan-i197519-azərbaycan_və_İran_xəzər_dənizində_neft_qaz_yataqlarının_kəşfi_sahəsində_əməkdaşlıq_edəcək
İranın Milli Neft Şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında neft və qaz sahəsində əməkdaşlığın yeni mərhələsi başlayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 10, 2015 16:28 Asia/Baku
  •  Azərbaycan və İran Xəzər dənizində neft-qaz yataqlarının kəşfi sahəsində əməkdaşlıq edəcək
    Azərbaycan və İran Xəzər dənizində neft-qaz yataqlarının kəşfi sahəsində əməkdaşlıq edəcək

İranın Milli Neft Şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında neft və qaz sahəsində əməkdaşlığın yeni mərhələsi başlayıb.

KİV-lərdə yayılan xəbərə görə, əməkdaşlıq Xəzər dənizində neft və qaz yataqlarının kəşfinə və genişləndirilməsinə əsaslanacaq.





SOCAR-ın vitse-prezidenti Xoşbəxt Yusifzadə İran və Azərbaycan arasında enerji sahəsində də əməkdaşlığın genişlənə biləcəyini qeyd edib. Onun sözlərinə görə, bu əlaqələr gələcəkdə ikitərəfli iqtisadi münasibətlərin inkişafına təkan verəcək.


İranın Xəzər Kəşfiyyat və Hasilat Şirkətinin (KEPCO) nümayəndə heyəti SOCAR rəsmiləri ilə görüş keçirib. KEPCO-nun kəşfiyyat işləri üzrə direktoru Yusif Etemadi (Yousef Etemadi) görüş çərçivəsində iranlı mütəxəssislərin azərbaycanlı həmkarları ilə fikir mübadiləsi apararaq texniki və texnoloji prosedurlarla tanış olduqlarını qeyd edib.