İlham Əliyev: Ermənistan çağırışlara məhəl qoymur
https://azeri.sahartv.ir/news/azərbaycan-i197647-İlham_Əliyev_ermənistan_çağırışlara_məhəl_qoymur
Azərbaycan prezidenti qeyd edib: "Ermənistan işğalçılıq siyasətini davam etdirir, beynəlxalq ictimaiyyətin çağırışlarına məhəl qoymur".
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 16, 2015 06:12 Asia/Baku
  • İlham Əliyev
    İlham Əliyev

Azərbaycan prezidenti qeyd edib: "Ermənistan işğalçılıq siyasətini davam etdirir, beynəlxalq ictimaiyyətin çağırışlarına məhəl qoymur".

APA-nın məlumatına görə, Azərbaycan Respublikası prezidenti İlham Əliyev Çex Respublikasının prezidenti Miloş Zemanla keçirdiyi birgə mətbuat konfransında deyib: "Bütün münaqişələr beynəlxalq hüququnun norma və prinsipləri əsasında həll olunmalıdır. Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan bölgəsi uzun illərdir, erməni işğalı altındadır. Bu ərazilərdə etnik təmizlənmə siyasəti aparılıb. 1 milyondan artıq azərbaycanlı torpaqlarından didərgin düşüb."
İlham Əliyev daha sonra deyib: "Torpaqlarımızın 20 faizi işğal altındadır. Ermənistan işğalçılıq siyasətini davam etdirir, beynəlxalq ictimaiyyətin çağırışlarına məhəl qoymur."
Azərbaycan prezidenti sonda beynəlxalq hüquq və ədalətin zəfər çalacağına ümidvar olduğunu bildirib.