Azərbaycan Müsəlman Birliyi Hərəkatı sədrinin DQİDK sədrinə cavabı
https://azeri.sahartv.ir/news/azərbaycan-i197698-azərbaycan_müsəlman_birliyi_hərəkatı_sədrinin_dqİdk_sədrinə_cavabı
Azərbaycan Müsəlman Birliyi Hərəkatının sədri Azərbaycan Dini Qrumlarla İş üzrə Dövlət Komitəsi sədrinin ölkədə demokratiyanın olması ilə bağlı sözlərinə etiraz edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 18, 2015 10:18 Asia/Baku
  • Azərbaycan Müsəlman Birliyi Hərəkatı sədrinin DQİDK sədrinə cavabı
    Azərbaycan Müsəlman Birliyi Hərəkatı sədrinin DQİDK sədrinə cavabı

Azərbaycan Müsəlman Birliyi Hərəkatının sədri Azərbaycan Dini Qrumlarla İş üzrə Dövlət Komitəsi sədrinin ölkədə demokratiyanın olması ilə bağlı sözlərinə etiraz edib.

Azadxeber.az saytının verdiyi məlumata görə, Tale Bağırzadə DQİDK sədri Mübariz Qurbanlının "Azərbaycanda dini və etnik tolerantlıq" adlı konfransda söylədiklərinə reaksiya olaraq deyib: "Əgər peyğəmbərlər Bakıda yaşasaydılar, davamçılarını səbəbsiz yerə həbs edərək, zindanda saxladığınız kimi, onları da Qobustan zindanında ağır şəraitdə saxlayardınız."
Tale Bağırzadə həmçinin, deyib: Mübariz Qurbanlının sözləri ilə müəyyən dərəcədə razılaşmaq olar. Çünki, Azərbaycana hakim kəsilmiş zalım atmosferi nəzərə alaraq, bəlkə də peyğəmbərlər mübarizə aparmaq üçün bu ölkəyə gələrdilər.
Dini Qrumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Bakıda keçirilən "Dini və etnik tolerantlıq" konfransında etdiyi çıxışında Azərbaycanda dini və etnik tolerantlığı belə ifadə etmişdi: "Mən belə düşünürəm ki, əgər peyğəmbərlər hazırkı dövrdə yaşasaydılar, yaşamaq üçün Azərbaycanı seçərdilər."