İSESKO Dağlıq Qarabağda keçirilən "seçkilər"i pisləyib
https://azeri.sahartv.ir/news/azərbaycan-i197752-İsesko_dağlıq_qarabağda_keçirilən_seçkilər_i_pisləyib
İSESKO-nun baş katibi Dağlıq Qarabağda keçirilən "seçkilər"i pisləyib İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESKO) baş katibi Əbdüləziz bin Osman əl-Tüveycri Azərbaycanın işğal edilmiş ərazilərində sentyabrın 13-də qondarma separatçı rejimin "özünüidarə orqanları"na keçirilmiş "seçkilər"lə bağlı etiraz bəyanatı yayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 19, 2015 14:34 Asia/Baku
  • İSESKO Dağlıq Qarabağda keçirilən
    İSESKO Dağlıq Qarabağda keçirilən "seçkilər"i pisləyib

İSESKO-nun baş katibi Dağlıq Qarabağda keçirilən "seçkilər"i pisləyib İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESKO) baş katibi Əbdüləziz bin Osman əl-Tüveycri Azərbaycanın işğal edilmiş ərazilərində sentyabrın 13-də qondarma separatçı rejimin "özünüidarə orqanları"na keçirilmiş "seçkilər"lə bağlı etiraz bəyanatı yayıb.

APA-nın xəbərinə görə, Əbdüləziz bin Osman əl-Tüveycrinin bəyanatında deyilir: "İSESKO işğalçı ölkə kimi tanınan Ermənistanın hər hansı suverenlik aktını həyata keçirmək səlahiyyəti olmadığını bildirir. Təşkilatımız işğal edilmiş Azərbaycan ərazilərində seçkilərin keçirilməsini, o cümlədən həmin seçkilərin BMT-nin Təhlükəsizlik Şurasının, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının və İslam Əməkdaşlıq Təşkilatının müvafiq qətnamələrinə və beynəlxalq qanuna zidd olduğunu hesab etmişdir".
Baş katib qeyd edib ki, İSESKO erməni qoşunları tərəfindən Azərbaycanın ərazi bütövlüyünün pozulmasını, o cümlədən məscid, abidələr və digər mədəni incilərin sistematik məhv edilməsini qəti şəkildə pisləyir.
Əbdüləziz bin Osman əl-Tüveycri növbəti dəfə Azərbaycana öz dəstəyini ifadə edərək qeyd edib ki, Azərbaycan ərazi bütövlüyünü bərpa etmək hüququnu özündə saxlayır.