İ.Əliyev Bakıda İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə keçirilməsini vəd edib
Sen 24, 2015 06:40 Asia/Baku
-
İ.Əliyev Bakıda İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə keçirilməsini vəd edib
Azərbaycan Respublikası prezidenti deyib: Bu ölkə IV İslam Ölkələri Həmrəyliyi Oyunlarının Bakıda yüksək səviyyədə keçirilməsinə çalışır.
Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadla verdiyi məlumata görə, İlham Əliyev IV İslam Ölkələri Həmrəyliyi Oyunlarının keçirilməsi üzrə komitənin ilk iclasında Bakının bu oyunlara 2017-ci ildə evsahibliyi etməsinə toxunaraq bu oyunların dünya, o cümlədən islam ölkələri üçün əhəmiyyətli olduğunu vurğulayıb.Azərbaycan prezidenti IV İslam Ölkələri Həmrəyliyi Oyunlarının keçirilməsi üzrə komitənin təşkil olunması üzrə fərmanı verilməsini xatırladaraq bu oyunların keçirilməsinə hazırlıq işlərinin yüksək səviyyədə həyata keçiriləcəyini bildirib.
IV İslam Ölkələri Həmrəyliyi Oyunlarının keçirilməsi üzrə komitənin rəhbəri Mehriban Əliyeva da deyib: Bu komitə İslam Həmrəyliyi Oyunlarının keçirilməsi üçün Bakıda keçirilən 2015-ci il I Avropa Oyunları təcrübəsindən istifadə edir.
Teqlər