İran idmançılarının Bakı uğurları
https://azeri.sahartv.ir/news/azərbaycan-i198023-İran_idmançılarının_bakı_uğurları
İranın Döyüş İdmanları Federasiyasının Super Sabaki Komitəsinin seçmə komandası Bakıda keçirilən Avrasiya-2015 yarışlarında ikinci olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 29, 2015 13:38 Asia/Baku
  • İran idmançılarının Bakı uğurları
    İran idmançılarının Bakı uğurları

İranın Döyüş İdmanları Federasiyasının Super Sabaki Komitəsinin seçmə komandası Bakıda keçirilən Avrasiya-2015 yarışlarında ikinci olub.

İranın Döyüş İdmanları Federasiyasının Super Sabaki Komitəsinin sədri və Beynəlxalq Super Sabaki Təşkilatının sədri Əkbər Ruhpərvər deyib ki, İrandan iyirmi idmançı peşəkar, həvəskar, fum və soyuq silah növlərində Azərbaycan Respublikası, Rusiya, Türkiyə, Özbəkistan, Əfqanıstan və Gürcüstandan olan rəqibləri qarşısında 17 qızıl, 15 gümüş və 3 bürünc medal qazanaraq, bu yarışlarda ikinci olub.
O, sonra deyib: İrandan olan Şayan Bəxtiyari də "F-1" peşəkar növündə çempion ola bilibdir.
Bu yarışlarda birinci yerdə Azərbaycan Respublikası, üçüncü yerdə isə Özbəkistan komandası durubdur.
Yarışlar yeddi ölkədən 220 idmançının iştirakı ilə sentyabrın 24-dən etibarən dörd gün müddətinə Bakı Olimpiya Zalında keçirilib.