Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin rədd cavabı
Sen 29, 2015 20:41 Asia/Baku
Bakıda Apellyasiya Məhkəməsi Amerikanın Azadlıq radiosunun müxbiri Xədicə İsmayılovanın ərizəsini rədd edib.
Azadlıq İnfo saytının məlumatına görə, məhkəmə hakimi Qail Məmmədov bildirib ki, mötəbər faktlara əsasən, bu jurnalistin ərizəsi rədd olunur.Vəkilin sözlərinə görə, Xədicə İsmayılova məhkəməyə təqdim olunmuş sənədlərin araşdırılmamasından sonra məhkəməyə etiraz etmişdi.
Bu jurnalist sosial şəbəkələrin birindəki şəxsi səhifəsində ona vurulan ittihamları yalan adlandırıb. O, bildirib ki, bunların hamısı saxta və onun öz peşəsini davam etdirməsinin qarşısının alınması və təzyiq üçün bir vasitədir.
Azərbaycan Respublikası Ağır Cinayətlər Məhkəməsi bu ölkə prezidenti İlham Əliyevi tənqid edən jurnalist Xədicə İsmayılovanı yeddi il altı ay həbsə məhkum edib.
Azərbaycan Respublikasından olan bu jurnalist İlham Əliyevin və onun ailəsinin maliyyə pozğunluqları barədə təhqiqat apardığına görə, 2014-cü ilin dekabrında korrupsiya və vergidən qaçma kimi ittihamlarla həbs olundu.