Okt 05, 2015 13:52 Asia/Baku
  • İŞİD terrorçusu Azərbaycanı küfr diyarı adlandırdı
    İŞİD terrorçusu Azərbaycanı küfr diyarı adlandırdı

İslamazeri.az-ın Vətəninfo.az-a istinadlı məlumatında deyilir ki, hazırda Səudiyyə Ərəbistanında yaşayan Gürcüstün vətəndaşı Veysəl Orucov Azərbaycan Respublikasında radikal cihatist Əl-Qaidəçi və İŞİD-çi dindarların mənəvi lideridir və onlara davamlı fitvalar verməklə yanaşı, gizli görüşlər belə təşkil edir.

Daxil olan məlumatda o da vurğulanır ki, Veysəl Orucov azərbaycanlı radikal cihatist və İŞİD-çi ünsürlərlə Türkiyədə və bəzi vaxtlar isə Səudiyyədə görüşlər təşkil edir. Cənubi Qafqazda, Türkiyədə gənclərin Suriyada cihada dəvətlərinin başında da məhz Veysəl Orucov durur. Məlumatda vurğulanır ki, Veysəl Orucov ən çox azərbaycanlı dindarları Əl-Qaidənin qolu sayılan "Əhrar-əl Şham" qruplaşmasına qoşulmağa çağırır və bu istəyinə nail olmaq üçün Türkiyədə və Səudiyyəyə dəvət edilən gəncləri ikna etmək üçün görüşlər belə təşkil edir. Vətəninfo.az-ın elektron poçtuna daxil olan bu məlumatda maraqlı məqamlardan biri isə Əl-Qaidə-nin Qafqazda yenidən güclənməsi ilə bağlıdır. Veysəl Orucov hətta Azərbaycanı kafir diyarı belə adlandırır. Daxil olan məlumatda o da vurğulanır ki, Veysəl Orucovun əli İçəri Şəhərdə yerləşən "Ləzgi" məscidinə belə çatır. Məlumatda iddia edilir ki, bu gün qeyd edilən məscid İŞİD-in nəzarətindədir və məsçidin rəhbəri də Veysəl Orucovla daima bağlantıda olur.

Teqlər