Bəhayilər və Bakının yaşıl işığı
Okt 07, 2015 17:45 Asia/Baku
-
Bəhayilər və Bakının yaşıl işığı
Azərbaycan Dini Qrumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ölkədə batil Bəhayilik firqəsinin fəaliyyətini genişləndirməsi üçün münasib şəraitin yarandığını vurğulayıb.
Məşriq-in verdiyi məlumata görə, Mübariz Qurbanlı batil Bəhayilik firqəsinin nümayəndələri ilə görüşdə ölkədə dini tolerantlığın və Bəhayilik dini üçün münasib fəaliyyət şəraitinin mövcud olmasına işarə edərək, deyib: Dinlərin Azərbaycanda azad fəaliyyət göstərməsi üçün hər bir şərait yaradılıb.Batil Bəhayilik firqəsinin nümayəndələri də bu firqənin Azərbaycanda gələcək fəaliyyət planları ilə bağlı hesabat təqdim edərək, Mübariz Qurbanlıya bu səmimi görüş üçün təşəkkür ediblər.
Bu məlumata görə, Azərbaycan Respublikasının "dini tolerantlıq" adlı altında bu ölkənin şiəlik mahiyyətini silib atmaq üzrə səyləri hər dəfə yeni formalarda təzahür edir. Və Bəhayilərin fəaliyyətinə rəsmən yaşıl işığın göstərilməsi bu səylərin ən son nümunəsi sayılır.
Azərbaycan Konstitusiyasında və Dini Etiqad və Vicdan Azadlığına Dari Qanun-da öz əksini tapan "dini tolerantlıq" siyasəti çərçivəsində rəsmi Bakı Amerikalı şeytanpərəstlərdən tutmuş Hindistandakı Krişnalara, Adontist misionerlərindən tutmuş Yehova Şahidlərinə, Nurçulardan tutmuş Vəhhabilərə kimi bütün batil inanclara və firqələrə fəaliyyət icazəsi verir. Hətta, Bakının mərkəzində yerləşən "İstiqlaliyyət" xiyabanında şeytanpərəstlərin simvolu sayılın "Obelisk" daşı ucaldılıb.
Dini tolerantlığa təkid elə bir şəraitdədir ki, 2011-ci ildən bəri onlarla şiə fəal orta məktəblərdə hicab qadağasına etiraz etdikləri üçün həbs edilib və onların bir neçəsi o cümlədən İslam Partiyasının sədri hələ də həbsdədir.
Bu növ addımların ən son nümunəsi olaraq Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi ötən cümə günü, oktyabrın 2-də Milli Mənəvi Dəyərlər İctimai Birliyinə Qədir Xum bayramını qeyd etmək icazəsi verməyib.
Həmin gün sionist rejimin keçmiş prezidenti Şimon Peres Azərbaycan Diplomatiya Akademiyasında etdiyi çıxışında İsrailin terror siyasətlərini əsaslandırmağa çalışmışdı.
Bu məlumata görə, Azərbaycan Dini Qrumlarla İş üzrə Dövlət Komitəsi sədrinin batil Bəhayilik firqəsinin nümayəndələri ilə görüşü, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin yəhudi-sionist "Vicdanın Çağırışı"(Appeal of Conscience Foundation) adlı fondun təsis edilməsinin ildönümü mərasimində iştirak etmək üçün Amerikaya səfəri və Dini Qrumlarla İş üzrə Dövlət Komitəsi sədrinin Parisdə "Fransa Yəhudi Təşkilatları Koordinasiya Şurası"nın rəhbəri ilə görüşü habelə, "Azərbaycan; tolerantlıq diyarı" adlı sərginin keçirilməsinin ardınca baş tutub.
Teqlər