Bakıda "Hüseyn Kərbəlası; Sülh və Məhəbbət Carçısı" adlı mədəni tədbir keçirilib
https://azeri.sahartv.ir/news/azərbaycan-i198272-bakıda_hüseyn_kərbəlası_sülh_və_məhəbbət_carçısı_adlı_mədəni_tədbir_keçirilib
Məhərrəm ayı ərəfəsində Bakıda "Hüseyn Kərbəlası; Sülh və Məhəbbət Carçısı" adlı mədəni tədbir keçirilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 08, 2015 11:37 Asia/Baku
  • Bakıda
    Bakıda "Hüseyn Kərbəlası; Sülh və Məhəbbət Carçısı" adlı mədəni tədbir keçirilib

Məhərrəm ayı ərəfəsində Bakıda "Hüseyn Kərbəlası; Sülh və Məhəbbət Carçısı" adlı mədəni tədbir keçirilib.

Azərbaycan və İraqdan olan din alimləri və Əhl Beyt(ə) aşiqlərinin habelə, İmam Hüseyn(ə)-ın pak hərəminin xidmətçilərinin iştirakı etdiyi bu mərasim Bakı Beynəlxalq Mətbuat Klubunda keçirilib.
Tədbirdə çıxış edənlər Aşura məktəbinin özəlliklərindən danışıb, müsəlmanlar arasında birliyin vacibliyinə təkid ediblər.
Tədbirin katibi Atif, Kərbəla hadisəsinin mənəvi cəhətlərinin , İmam Hüseyn(ə)-ın şəxsiyyətinin dünyaya tanıtdırılmasını bu tədbirin təşkil edilməsinin əsas məqsədlərindən adlandırıb.
Məkkə və Mədinə ilə bağlı fotosərginin təşkil edilməsi, müxtəlif dünya xalqlarının İmam Hüseyn(ə)-a öz məhəbbətlərini bəyan etmələrini əks etdirən təsvirlərin ictimailəşdirilməsi və məddahların öz şerlərini oxumaları bu tədbirin digər proqramlarından olub.
Bu növ tədbirlər 5 gün müddətinə Bakının müxtəlif məntəqələrində davam edəcək.