Rus rəsmisi ölkəsinin Azərbaycanla əlaqələrini yüksək dəyərləndirdi
https://azeri.sahartv.ir/news/azərbaycan-i198318-rus_rəsmisi_ölkəsinin_azərbaycanla_əlaqələrini_yüksək_dəyərləndirdi
Rusiya baş nazirin müavini ölkəsinin Azərbaycanla əlaqələrini yüksək dəyərləndirib və bildirib: "Rusiya və Azərbaycan Respublikası arasında ticarət dövriyyəsi ötən il tarixi maksimuma çatıb".
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 09, 2015 14:41 Asia/Baku
  • Rus rəsmisi ölkəsinin Azərbaycanla əlaqələrini yüksək dəyərləndirdi
    Rus rəsmisi ölkəsinin Azərbaycanla əlaqələrini yüksək dəyərləndirdi

Rusiya baş nazirin müavini ölkəsinin Azərbaycanla əlaqələrini yüksək dəyərləndirib və bildirib: "Rusiya və Azərbaycan Respublikası arasında ticarət dövriyyəsi ötən il tarixi maksimuma çatıb".

“Rusiya ilə Azərbaycan arasında ikitərəfli münasibətlər yüksək səviyyədədir”. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu bu gün Moskvada keçirilən Rusiya-Azərbaycan Hökumətlərarası Komissiyasının 15-ci iclasında komissiyanın Rusiya tərəfdən həmsədri, baş nazirin müavini Dmitri Roqozin deyib.
D. Roqozin bildirib ki, iki ölkə siyasi, ticarət, mədəni və humanitar sahələrdə qarşılıqlı sərfəli əməkdaşlığı aktiv inkişaf etdirir: “Bu bizim ölkələrin strateji maraqlarına cavab verir. 2014-cü ilin yekunlarına əsasən, Rusiya və Azərbaycan arasında ticarət dövriyyəsi 12 faiz artaraq tarixi maksimuma çatıb. Ticarət dövriyyəsinin həcmi 4 milyard ABŞ dolları olub. Bu, MDB ölkələri arasında ticarət göstəricilərinin dinamikasına görə ən yaxşı nəticələrdən biridir”.
Roqozin onu da deyib ki, Rusiyadan Azərbaycana daha çox sənaye və maşınqayırma məhsulları, Azərbaycandan Rusiyaya isə kənd təsərrüfatı məhsulları ixrac olunur: “İkitərəfli münasibətlərdə energetika sahəsi vacib aspektdir. Rusiyanın neft kompaniyaları Azərbaycan bazarında uğurla fəaliyyət göstərir. Onlar bundan sonra da Azərbaycan tərəfi ilə qarşılıqlı fəaliyyətin dərinləşməsi və genişlənməsində maraqlıdırlar. Bu fəaliyyətin intensivləşməsi üçün biz yüksək səviyyədə ikitərəfli enerji qrupu yaratmışıq”.