Azəri ruhanilər Məhərrəm ayında aydınlatma fəaliyyətlərinə təkid ediblər
Okt 14, 2015 15:39 Asia/Baku
-
Azəri ruhanilər Məhərrəm ayında aydınlatma fəaliyyətlərinə təkid ediblər
Azərbaycan Respublikası möminləri bir daha Aşura qiyamının fəlsəfəsinin insanlara bəyan edilməsinə təkid ediblər.
Bakıda keçirilən Azərbaycan ruhaniləri və məddahlarının toplantısında Məhərrəm ayında əzadarlıq mərasimlərində edilən çıxışlar və oxunan mədhiyələrdə əhalinin dini baxımdan maarifləndirilməsinə təkid edilib.Azad Xəbər internet portalının verdiyi məlumata görə, bu toplantıda müstəqil ruhanilər və məddahlar Kərbəla qiyamı ilə bağlı təhriflər qarşısında ayıqlığa təkid ediblər.
Azərbaycan ruhaniləri və məddahları həmçinin, birliyin qorunmasına təkid ediblər: Tarixi baxımdan Arazın şimal hissəsi özünəməxsus məddahlıq üslubuna malik olub və Əhl Beyt(ə) barəsində bir çox şer və əsərlər mövcuddur.
Bu toplantıda məddahlar və əzadarlıq mərasimlərində çıxış edənlərin ayıqlığına da təkid edilib və bildirilib: Aşura qiyamının müraciəti təəssüb və ehsasdan uzaq bir şəkildə, ağıl və məntiq əsasında dərk edilməlidir.
Teqlər