Şərqi Azərbaycanın valisi Azərbaycan Respublikasına səfər edir
Okt 18, 2015 15:17 Asia/Baku
-
Şərqi Azərbaycanın valisi Azərbaycan Respublikasına səfər edir
Şərqi Azərbaycanın valisi İsmayıl Cabbarzadə sabah Azərbaycan Respublikasına səfər edəcək.
İranın Bakıdakı səfiri Möhsün Pakayin bu barədə xəbər verib: "Şərqi Azərbaycan valisinin səfəri bazar ertəsi günü Naxçıvana səfər ilə başlanacaq. Səfər çərşənbə axşamı Bakıda , çərşənbə və cümə axşamı günləri isə Gəncədə davam etdiriləcək.Möhsün Pakayin əlavə edib: Şərqi Azərbaycan valisi Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun dəvətinə cavab olaraq bu səfərə çıxır. O, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri və Azərbaycan Respublikasının xarici işlər, iqtisadiyyat və sənaye və fövqəladə hallar nazirləri habelə, Bakı meri ilə görüşüb, danışıqlar aparmalıdır.
Pakayin bu səfər çərçivəsində İran və Azərbaycan arasında əməkdaşlıqların genişləndirilməsi məsələlərinin araşdırılacağını vurğulayıb.