İran və Azərbaycan rəsmilərinin görüşündə Bakı-Təbriz aviareysinin bərpa edilməsi vurğulandı
Okt 20, 2015 16:57 Asia/Baku
-
İran və Azərbaycan rəsmilərinin görüşündə Bakı-Təbriz aviareysinin bərpa edilməsi vurğulandı
Şərqi Azərbaycan vilayətinin valisi İsmayıl Cabbarzadə Azərbaycan Respublikasına olan səfərinin davamında bu ölkənin xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşüb.
Bu görüşdə tərəflər iki ölkənin kənd təsərrüfatı və sənaye məhsullarının istehsalı üzrə necə əməkdaşlıq edə biləcəklərini həmçinin, dünyanın yeni bazarlarına çıxış yollarını, Araz Azad Ticarət və Sənaye Zonasının potensiallarından istifadə yolları, tələbə və müəllim mübadiləsi həmçinin, təcrübəli İran həkimlərinin Azərbaycan dövlət xəstəxanaları ilə əməkdaşlıq yolları barədə fikir mübadiləsi aparıblar.Görüşdə həmçinin, Bakı-Təbriz-Bakı aviareysinin yenidən bərpa və İran vətəndaşları üçün vizanın ləğv edilməsi məsələləri də araşdırılıb. Qərara alınıb ki, hər iki tərəf Bakı-Təbriz-Bakı aviareysinin bərpa edilməsi üçün mümkün olan ən qısa zaman ərzində lazımi tədbirləri görsünlər. İran vətəndaşları üçün vizanın ləğv edilməsi məsələsinə gəlincə Azərbaycanın xarici işlər naziri bildirib ki, yeni sistemin tətbiq edilməsi ilə İran vətəndaşları üçün vizanın verilməsində mövcud olan problemlərin aradan qaldırılmasına səy göstərilir.
Şərqi Azərbaycan vilayətinin valisi İsmayıl Cabbarzadə Azərbaycana olan səfərinin davamında Fövqəladə Hallar Nazirliyinin Böhranın İdarəedilməsi MƏrkəzində olaraq, bu mərkəzin fəaliyyəti ilə yaxından tanış olub.
O, fövqəladə hallar naziri Kəmaləddin Heydərov ilə görüşdə iki ölkə arasında əməkdaşlıqların genişləndirilməsi yollarını araşdırıb.
Gəncə rayonuna səfər, rayonun yerli rəsmiləri ilə görüş və Gəncənin potensialları ilə yaxından tanışlıq Şərqi Azərbaycan valisinin digər səfər proqramlarından elan edilib.