İran-Azərbaycan əlaqələrinin inkişafı
Okt 20, 2015 17:22 Asia/Baku
-
İran-Azərbaycan əlaqələrinin inkişafı
İki qonşu ölkə olan İran və Azərbaycan Respublikası öz iqtisadi əlaqələrini inkişaf etdirməklə, siyasi münasibətlərini də yaxşılaşdırmağa çalışırlar. Siyasi gediş-gəlişlər davam edir. Lakin, iki ölkə xalqları arasındakı mədəni ortaqlıqlar iqtisadi əlaqələrin inkişafına daha çox kömək edir. İndi isə iki ölkə əlaqələri neft-kimya məhsullarının istehsalı və satışı yolu ilə daha da yaxşılaşmalıdır.
Şərqi Azərbaycan valisi deyib: "Neft əməkdaşlıqları sahəsində, Təbriz neftayırma zavodunu nəzərə alaraq, qərara alındı ki, Təbrizin neft-kimya məhsulları İran-Azərbaycan müştərək şirkətləri vasitəsilə yeni bazarlara satışa çıxarılsın.".Şərqi Azərbaycan valisi Cabbarzadə iqtisadi əlaqələrin inkişaf etdirilməsi məqsədi ilə bir heyətin başında Azərbaycan Respublikasında səfərdədir.
Şərqi Azərbaycan və Ərdəbil vilayətləri Azərbaycan Respublikası ilə iqtisadi əməkdaşlıqlar ilə yanaşı, hər ilə tibbi xidmətlərdən yararlanmaq üçün gələn bir milyona yaxın Azərbaycan vətəndaşını qəbul edir. Səhiyyə naziri isə bu xidmətin daha da yaxşılaşdırılacağını vəd edib. Şərqi Azərbaycan valisi ilə Azərbaycan rəsmiləri, görüşlərdə kənd təsərrüfatı və elmi sahələrdə də əməkdaşlıqların genişləndirilməsi barədə razılığa gəliblər.
İsmayıl Cabbarzadə əlavə edib: Səhiyyə turizmi sahəsində də , tibbi xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması məsələsi gündəmə gətirildi. Həmçinin, müştərək şirkətlər formatında İran-Azərbaycan şirkətlərinin yeni bazarlara daxil olması haqda da danışıqlarımız oldu. Bu yolla Mərkəzi Asiya və Rusiya bazarlarının ehtiyaclarının təmin edilməsi qərara alındı.
İran heyəti Azərbaycan prezidenti ilə də görüşüb, danışıqlar apardı. İlham Əliyev iki ölkə əlaqələrinin daha da möhkəmləndirilməsinə təkid edərək, dedi: Biz qərblilərin region ölkələrinin daxili işlərinə müdaxilə etmələrinə qarşıyıq.