Təbriz və Gəncə əlaqələrinin genişləndirilməsi yolları araşdırılıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i198785-təbriz_və_gəncə_əlaqələrinin_genişləndirilməsi_yolları_araşdırılıb
İranın Şərqi Azərbaycan Vilayəti ilə Azərbaycan Respublikasının Gəncə şəhəri arasında iqtisadi, mədəni və elmi əlaqələri maksimum şəkildə genişləndirilməsi yolları hər iki tərəfin rəsmilərinin iştirakı ilə keçirilən iclasda araşdırılıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 22, 2015 10:55 Asia/Baku
  • Təbriz və Gəncə əlaqələrinin genişləndirilməsi yolları araşdırılıb
    Təbriz və Gəncə əlaqələrinin genişləndirilməsi yolları araşdırılıb

İranın Şərqi Azərbaycan Vilayəti ilə Azərbaycan Respublikasının Gəncə şəhəri arasında iqtisadi, mədəni və elmi əlaqələri maksimum şəkildə genişləndirilməsi yolları hər iki tərəfin rəsmilərinin iştirakı ilə keçirilən iclasda araşdırılıb.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Gəncə İcra Hakimiyyətinin binasında keçirilən bu iclasda Şərqi Azərbaycan valisi Cabbarzadə və Gəncə icra başçısı Elmar Vəliyev iqtisadi, elmi, mədəni, sənaye və kənd təsərrüfatı sahələrində ikitərəfli əlaqələrin genişləndirilməsi yollarını araşdırıblar.
Təbriz və Gəncədə iki tərəfin potensialları üzrə sərgilərin keçirilməsi, Gəncədə Təbriz Mədəniyyət və Təbrizdə Gəncə Mədəniyyət həftələrinin təşkil olunması, Şərqi Azərbaycanın mütəxəssis həkimlərinin Gəncə dövlət xəstəxanalarında iştirakı və sənaye və kənd təsərrüfatı əlaqələrinin genişləndirilməsinə şəraitin yaradılması bu iclasda müzakirə olunub.