Okt 24, 2015 10:13 Asia/Baku
  • Nüvə anlaşmasının təsdiqi İranın iqtidarının nişanəsidir
    Nüvə anlaşmasının təsdiqi İranın iqtidarının nişanəsidir

Azərbaycan Respublikası siyasi məsələlər üzrə ekspert İran İslam Şurası Məclisində Əhatəli Müştərək Təşəbbüs Proqramının təsdiqlənməsini İran İslam Respublikasının siyasət səhnəsindəki iqtidarının təsdiqi adlandırıb.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Ədalət Əli deyib: Qərblilərin İrana qarşı sanksiyalarının ləğvi ilə İran və Azərbaycan Respublikasının əlaqələri, əsasən də mədəniyyət sahəsindəki əlaqələri maksimum şəkildə inkişaf edəcək.
O İran İslam Respublikasını Azərbaycan Respublikasının dostu və qardaşı adlandırıb və deyib: İran və Azərbaycan Respublikası rəhbərlərinin məntiqli bələdçilikləri ilə iki ölkənin siyasi, elmi, iqtisadi və hərbi əlaqələr səviyyəsinin yüksəlməsinin şahidi olacağıq.

Teqlər