Samir Şərifov: "Beynəlxalq Bankda ciddi ixtisarlar aparılacaq"
Noy 01, 2015 11:14 Asia/Baku
-
Samir Şərifov: "Beynəlxalq Bankda ciddi ixtisarlar aparılacaq"
Azərbaycanın maliyyə naziri Beynəlxalq Bankda 25030%-lik ixtisardan xəbər verib.
APA-nın məlumatına görə, Azərbaycan maliyyə naziri Samir Şərifov Azərbaycan Beynəlxalq Bankında (ABB) ciddi ixtisarların aparılacağından xəbər verib.Nazir qeyd edib ki, bu addım bankda qənaət rejiminin tətbiqi ilə bağlıdır: "Bankın kollektivinin 25-30%-i ixtisar olunacaq. Bu, qənaət rejiminin tətbiqi ilə bağlıdır".
S. Şərifov bildirib ki, bankda korporativ idarəetmə da xeyli təkmilləşdiriləcək.
Bundan başqa, nazir əlavə edib ki, ABB-nin sağlamlaşdırılması prosesi öz axarı ilə davam edir: "Bildiyiniz kimi, problemli aktivlər "Aqrarkredit" tərəfindən alınır. Bir sözlə, bankın sağlamlaşdırılması istiqamətində bütün zəruri tədbirlər görülür".