Azərbaycanda parlament seçkiləri
Noy 01, 2015 14:13 Asia/Baku
-
Azərbaycanda parlament seçkiləri
Azərbaycan xalqı bu gün seçki məntəqələrinə üz tutaraq Milli Məclisə seçkilərdə iştirak edib.
Azərbaycanda keçirilən parlament seçkilərində 767 namizəd Milli Məclisin 125 yeri uğrunda rəqabət aparır. Seçkilərdə 22 siyasi partiya ilə yanaşı müstəqil namizədlər də iştirak edir.Seçkilərdə 5 milyon 93 min nəfərin səsvermə hüququna malik olduğu bildirilir.
Azərbaycan Mərkəzi Seçki Komissiyasının saat 17-yə olan məlumatına görə, seçkilərdə iştirak aktivliyi 50%-i ötüb.
Azərbaycanda parlament seçkiləri 5 ildə bir keçirilir. Bu, müstəqillik əldə etməsindən sonra Azərbaycanda keçirilən 5-ci parlament seçkiləridir.