Azərbaycan Respublikası prezidenti ATƏT-in hərəkətini məqbul saymır
Noy 02, 2015 17:46 Asia/Baku
-
Azərbaycan Respublikası prezidenti ATƏT-in hərəkətini məqbul saymır
Azərbaycan Respublikası prezidenti ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun hərəkətinin qəbuledilməz olduğunu deyib.
APA-nın məlumatına görə, Azərbaycan Respublikası prezidenti İlham Əliyev MDB İcraiyyə Komitəsinin sədri, Milli Məclisə seçkilərdə MDB-nin müşahidəçi missiyasının rəhbəri Sergey Lebedevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib: Azərbaycanın dəvətinə baxmayaraq, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu əsassız sayda müşahidəçilərin ölkəyə gəlməsinə israr edib. Onlara müşahidəçilərin sayının ölkə əhalisinin sayına uyğunlaşdırılması təklif olunduqda, seçkiləri müşahidə etməkdən imtina ediblər.Prezident İlham Əliyev ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun bu hərəkətinin qəbuledilməz olduğunu deyib.
Teqlər