Bakı İslam ölkələrinin həmrəylik oyunlarına ev sahibliyinə hazır olduğunu bildirib
Noy 05, 2015 06:28 Asia/Baku
-
Bakı İslam ölkələrinin həmrəylik oyunlarına ev sahibliyinə hazır olduğunu bildirib
Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin sədr müavini deyib: Bakı İslam ölkələrinin həmrəylik oyunlarına evsahibliyi etməyə hazırdır.
Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadla verdiyi məlumata görə, İslam Ölkələri Həmrəylik İdmanı Federasiyası prezidentinin birinci müavini olan Çingiz Hüseynzadə ötən gün bu federasiyanın 9-cu iclasının kənarında bildirib: Azərbaycan Respublikası 2017-ci il 12-22 mayda İslam Ölkələri Həmrəylik Oyunlarının 4-cü dövrünə evsahibliyi edəcək.İslam Ölkələri Həmrəylik İdmanı Federasiyasının 2 il öncə bu oyunlar üçün Azərbaycan Respublikasının evsahibliyi barədə qərar verdiyinə toxunan Hüseynzadə bu federasiyanın 9-cu iclasının keçirilməsinin məqsədlərindən birini İslam ölkələri idman rəsmilərinin bu oyunların keçirilməsinə hazırlıq işləri ilə tanış olmaları adlandırıb.
İslam Ölkələri Həmrəylik İdmanı Federasiyasının 9-cu iclası ötən gün əksər islam ölkələri, o cümlədən İranın idman rəsmilərrinin iştirakı ilə 2017-ci ildə Bakıda islam ölkələri həmrəylik oyunlarının 4-cü dövrünün keçirilməsinə hazırlıq işlərinin araşdırılması üzrə keçirilib.
Bu iclasda bildirilib ki, İslam ölkələri həmrəylik oyunlarının 4-cü dövrü 2017-ci ildə 20 idman növü üzrə Bakıda 14 idman mərkəzində keçiriləcək.
Teqlər