İşğal olunmuş Qarabağın bir hissəsinin azad olunması mümkündür
https://azeri.sahartv.ir/news/azərbaycan-i199554-İşğal_olunmuş_qarabağın_bir_hissəsinin_azad_olunması_mümkündür
Azərbaycan Respublikasında siyasi ekspert deyib: İşğal olunmuş Qarabağın bir hissəsinin azad olunması mümkündür.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 13, 2015 10:43 Asia/Baku
  • İşğal olunmuş Qarabağın bir hissəsinin azad olunması mümkündür
    İşğal olunmuş Qarabağın bir hissəsinin azad olunması mümkündür

Azərbaycan Respublikasında siyasi ekspert deyib: İşğal olunmuş Qarabağın bir hissəsinin azad olunması mümkündür.

Beynəlxalq Səhər Telekanalının Bakıdakı jurnalistinə müsahibə verən Qabil Hüseynli əlavə edib: Ermənilər işğal olunmuş Qarabağın azad olunması üzrə danışıqlarda cığallıq edirlər.
Rusiya xarici işlər naziri Sergey Lavrovun Ermənistana son səfərinə münasibət bildirən Hüseynlinin sözlərinə görə, Lavrovun səfəri və Ermənistan rəsmiləri ilə görüşü işğal olunmuş Azərbaycan ərazilərinin bir hissəsinin azad olunmasına şəraitin yaradılması istiqamətində idi.
Qabil Hüseynli bu səfərin əhəmiyyətinə toxunub: Görünür Azərbaycanın 6 rayonunun işğaldan azad olunması üzrə müzakirələr bir neçə mərhələdə nəticəyə çatacaq.