Lənkəran ictimaiyyətindən telekanallarla bağlı MTRŞ sədrinə müraciət
Noy 15, 2015 14:22 Asia/Baku
-
Lənkəran ictimaiyyətindən telekanallarla bağlı MTRŞ sədrinə müraciət
Lənkəran ictimaiyyəti tərəfindən Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasına telekanallarda şiələrin təhqir olunmasına etiraz olaraq müraciət edilib.
İslamazeri.az-a daxil olan müraciətin mətnində deyilir: Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasın Hörmətli sədri! Sizə bildiririk ki, 7-9 noyabr 2015-ci il tarixlərində Xəzər TV, ATV, Space TV və Lider TV – də ''Televiziya və radio yayımı haqqında'' Azərbaycan Respublikasının qanun pozuntusuna yol verilmişdir.
Belə ki, ''Televiziya və radio yayımı haqqında'' Azərbaycan Respublikasının qanunu Maddə 3. Teleradio fəaliyyətinin əsas prinsiplərinə zidd olaraq, təxminən 80 faizi ölkədəki bütün din və məzhəblərə hörmətlə yanaşan cəfəri (yəni şiə) olan Azərbaycan əhalisi yuxarıda adları göstərilən televiziya kanalları tərəfindən açıq –aydın təhqir olunmuş, dünya dövlətləri tərəfindən terror təşkilatı kimi elan edilən İŞİD, Boko Haram və digər terrorçularla eyni göstərilmişdir. Bu bütün Azərbaycan xalqına və Onun Milli Mənəvi Dəyərlərinə qarşı birbaşa həqarətdir. Dünyada heç bir dövlət tərəfindən terrorist elan edilməyən cəfəriləri, yəni şiələri qərəzli şəkildə terrorist adlandıran bu kanallar əslində öz xalqını terrorçu adlandırmışdır, çünki öncə də, qeyd etdiyimiz kimi xalqımızın təxminən 80 faizi şiədir. Bu hərəkətlərilə Xəzər TV, ATV, Space TV və Lider TV Azərbaycan dövlətinin düşmənlərinin dəyirmanına su tökür. Əmin olun ki, qeyri profesionallıqdan irəli gələn bu cür yayımlardan sabah düşmən dövlətlər Respublikamıza qarşı bir fakt kimi məharətlə istifadə edəcəklər.
Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasın Hörmətli sədri! ''Televiziya və radio yayımı haqqında'' Azərbaycan Respublikasının qanunu Maddə 41. Qanunun pozulmasına görə məsuliyyət barəsindədir. - Lənkəran ictimaiyyəti tərəfindən imzlanmış müraciətdə deyilir.