Azərbaycan və İran arasında əməkdaşlıqların inkişaf etdirilməsi yolları araşdırılıb
Noy 18, 2015 10:59 Asia/Baku
-
Azərbaycan və İran arasında əməkdaşlıqların inkişaf etdirilməsi yolları araşdırılıb
İranın Gilan vilayətinin valisi Azərbaycanın sənaye və iqtisadiyyat naziri ilə görüşdə iki ölkənin dəmiryol şəbəkələrinin birləşdirilməsinin önəminə təkid edib və deyib: Astarada əmtə məhsulları terminalının yaradılması və bu terminaldan sərhədin 0 nöqtəsinə dəmiryolu xəttinin çəkilməsi üzrə məsələlər ciddi şəkildə izlənilir.
Məhəmməd Əli Nəcəfi bu görüşdə həmçinin ötən gün baş tutan İran-Azərbaycan ticarət toplantısının özəl sektor tərəfindən müsbət qarşılanmasına işarə edərək, deyib: Bu maraq, əlaqələrin asanlaşdırılması, xüsusilə vizaların verilməsinin sadələşdirilməsi yönündə işlərin görülməsini zəruri edir.Azərbaycanın sənaye və iqtisadiyyat naziri Şahin Mustafayev də bu görüşdə deyib: İki ölkənin əlaqələrin yaxşılaşdırılması üzrə qərarlarının öz nəticəsini verməsinin şahidiyik və gələcəkdə bu əlaqələrin bəhrəsini daha artıq müşahidə edəcəyik.
Teqlər