Gilan valisi Azərbaycanın fövqəladə hallar naziri ilə görüşərək danışıqlar aparıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i199745-gilan_valisi_azərbaycanın_fövqəladə_hallar_naziri_ilə_görüşərək_danışıqlar_aparıb
Gilan valisi Azərbaycan Respublikasına səfərdə bu ölkənin fövqəladə hallar naziri ilə görüşərək danışıqlar aparıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 18, 2015 14:47 Asia/Baku
  • Gilan valisi Azərbaycanın fövqəladə hallar naziri ilə görüşərək danışıqlar aparıb
    Gilan valisi Azərbaycanın fövqəladə hallar naziri ilə görüşərək danışıqlar aparıb

Gilan valisi Azərbaycan Respublikasına səfərdə bu ölkənin fövqəladə hallar naziri ilə görüşərək danışıqlar aparıb.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Məhəmməd Əli Nəcəfi deyib: İki tərəf arasındakı çoxlu mədəni və dini ortaqlıqlar və bağlılıqları, eləcə də Gilan vilayətinin yüksək potensiallarını nəzərə alaraq ikitərəfli əlaqələrin genişlənməsində bu vilayətin potensialından istifadə edilməlidir.
Məhəmməd Əli Nəcəfi həmçinin Gilan vilayətində çoxlu fövqəladə halların baş verməsinə toxunub və iki tərəf arasında bu sahədə təcrübələrin müabdiləsini konstruktiv adlandırıb.
Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov da bu görüşdə Gilan vilayətinin Azərbaycan Respublikası ilə əlaqələr keçmişinə toxunub və ümidvarlıq edib ki, yaxın gələcəkdə bu vilayətə səfər etməklə investisiya üçün bu vilayətin potensialları ilə yaxından tanış olacaq.
Azərbaycanın fövqəladə hallar naziri həmçinin Gilan valisini Bakıda 5 Xəzəryanı ölkənin iştirakı ilə keçiriləcək xilas və yardım manevrində iştiraa dəvət edib.
Bir heyətin müşayiəti ilə Azərbaycan Respublikasına səfər edən Məhəmməd Əli Nəcəfi bu gün Bakıda keçirilən "İran Projekt" biznes sərgisinin açılış mərasimində iştirak edib.