Gilan valisi Azərbaycan baş nazirinin müavini ilə görüşdü
https://azeri.sahartv.ir/news/azərbaycan-i199764-gilan_valisi_azərbaycan_baş_nazirinin_müavini_ilə_görüşdü
Azərbaycan Respublikası baş nazirinin müavini deyib: İranın nüvə işi ilə bağlı müzakirələrin müsbət nəticəsi bizi sevindirir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 19, 2015 07:06 Asia/Baku
  • Gilan valisi Azərbaycan baş nazirinin müavini ilə görüşdü
    Gilan valisi Azərbaycan baş nazirinin müavini ilə görüşdü

Azərbaycan Respublikası baş nazirinin müavini deyib: İranın nüvə işi ilə bağlı müzakirələrin müsbət nəticəsi bizi sevindirir.

Əli Əhmədov Gilan vilayətinin valisi ilə görüşdə nüvə müzakirələrinin sonda İran İslam Respublikasının xeyrinə həll olunacağına ümidvarlıq edib.
O, iki ölkə başçıları arasında yaxşı münasibətlərin olmasına işarə edərək, deyib: Bu münasibətlər iki ölkə əlaqələrinin daha artıq inkişaf etməsində böyük təsirə malikdir.
Əli Həsənov həmçinin, iki ölkə arasında yol və nəqliyyat habelə, sənaye sahəsində birgə infrastruktur layihələrin icrasını himayə edərək, deyib: Vizanın verilməsi qaydalarının sadələşdirilməsi məsələsini araşdırırıq və biz Astara gömrüyünün 24 saatlıq iş rejiminə keçməsini dəstəkləyirik.
Gİlan valisi Məhəmməd Əli Nəcəfi də bu görüşdə İran-Azərbaycan əlaqələrinin qədim köklərə malik olduğunu vurğulayıb və deyib: Bu əlaqələr ötən iki ildə son dərəcə yaxşı inkişafa malik olub ki, bu da hər iki tərəfin maraqlarını təmin edir.