Millət vəkili: İran-Azərbaycan əməkdaşlıqlarının artırılması zəruridir
https://azeri.sahartv.ir/news/azərbaycan-i199826-millət_vəkili_İran_azərbaycan_əməkdaşlıqlarının_artırılması_zəruridir
Azərbaycan Milli Məclisinin üzvü dünya bazarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsinə görə neft gəlirlərində müşahidə olunan ciddi azalmanı kompensasiya etmək məqsədi ilə İran və Azərbaycan arasında iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsinə təkid edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 20, 2015 09:53 Asia/Baku
  • Millət vəkili: İran-Azərbaycan əməkdaşlıqlarının artırılması zəruridir
    Millət vəkili: İran-Azərbaycan əməkdaşlıqlarının artırılması zəruridir

Azərbaycan Milli Məclisinin üzvü dünya bazarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsinə görə neft gəlirlərində müşahidə olunan ciddi azalmanı kompensasiya etmək məqsədi ilə İran və Azərbaycan arasında iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsinə təkid edib.

Aydın Mirzəzadə deyib: Dünya bazarında neftin qiymətinin aşağı düşməsi İran və Azərbaycan kimi neft ixrac edən ölkələr üçün müəyyən problemlər yaradıb. Buna görə də, neft ixrac edən ölkələr neftin ucuzlaşmasından yaranan büdcə çatışmazlığının yerini doldurmaq üçün digər sahələrdə bir-biriləri ilə əməkdaşlıq etməlidirlər.
Millət vəkili İRİB-nin Bakıdakı müxbiri ilə müsahibədə iki ölkə əlaqələrinin münasib səviyyədə olmasını habelə, əməkdaşlıq üçün bir çox zəminlərin mövcudluğunu qeyd edib və deyib: İki ölkə tranzit, turizm, elm və təhsil sahəsindəki əməkdaşlıqlarını gücləndirə bilərlər.