Azərbaycan rəsmisi: “Azərbaycan, sabitlik baxımından bir adadır”
https://azeri.sahartv.ir/news/azərbaycan-i199843-azərbaycan_rəsmisi_azərbaycan_sabitlik_baxımından_bir_adadır
Azərbaycan respublikası Prezident Administrasiyası rəhbərinin müavini deyib: Bu gün Azərbaycan multikulturalizm, sabitlik baxımından bir adadır. İqtisadi baxımdan zəif ölkədən donor ölkəyə çevrilmişik.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 20, 2015 16:05 Asia/Baku
  • Azərbaycan rəsmisi: “Azərbaycan, sabitlik baxımından bir adadır”
    Azərbaycan rəsmisi: “Azərbaycan, sabitlik baxımından bir adadır”

Azərbaycan respublikası Prezident Administrasiyası rəhbərinin müavini deyib: Bu gün Azərbaycan multikulturalizm, sabitlik baxımından bir adadır. İqtisadi baxımdan zəif ölkədən donor ölkəyə çevrilmişik.

APA-nın məlumatına görə, PA xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bildirib ki, Azərbaycan Avropa İttifaqı ilə ən sıx və geniş əməkdaşlıq edən dövlətlərdən birincisidir: “Biz onlara bildirdik ki, Moldovaya təklif edilən assosiasiya sazişinin mətnində Avropa İttifaqının bu ölkənin ərazi bütövlüyünü dəstəklədiyi yazılırsa, bəs niyə Azərbaycanla bağlı mətndə bu yazılmır?
Məmmədov bütün bunlara baxmayaraq bildirib ki, Bakı Avropa İttifaqına strateji tərəfdaşlıq haqqında saziş təklif edib. O zamandan indiyə qədər bu sənəd üzərində işləyirlər. İşlər normal gedir.