İranın təhsil və təlim naziri Bakıda İSESCO-nun baş direktoru ilə görüşüb
https://azeri.sahartv.ir/news/azərbaycan-i200073-İranın_təhsil_və_təlim_naziri_bakıda_İsesco_nun_baş_direktoru_ilə_görüşüb
İslam Ölkələri Elm, Təhsil və Mədəniyyət Təşkilatı İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri İranın təlim və təhsil naziri Əli Əsğər Fani ilə görüşdə İranın bu təşkilatla təsirli əməkdaşlığından razılıq edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 26, 2015 08:56 Asia/Baku
  • İranın təhsil və təlim naziri Bakıda İSESCO-nun baş direktoru ilə görüşüb
    İranın təhsil və təlim naziri Bakıda İSESCO-nun baş direktoru ilə görüşüb

İslam Ölkələri Elm, Təhsil və Mədəniyyət Təşkilatı İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri İranın təlim və təhsil naziri Əli Əsğər Fani ilə görüşdə İranın bu təşkilatla təsirli əməkdaşlığından razılıq edib.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, əl-Tuveycri bu görüşdə müsəlman ölkələr arasındakı ixtilafın olmasından nigaranlıq edib və deyib: Mötədil dialoq sayəsində islam ümmətindəki ixtilafın kökü qurudulmalıdır.
İranın təhsil və təlim naziri Əli Əsğər Fani də bu görüşdə anlaşma və yekdil rəyin əldə olunması üçünü müzakirənin aparılmasını İranın siyasətlərindən biri adlandırıb və əlavə edib: Müharibədən çəkinmək və müzakirə yolu ilə dinc şəkildə problemləri həll etmək islam dünyası üçün yaxşı örnək ola bilər.