Nardaran olaylarına görə Gəncədə 2 nəfər həbs olundu
Noy 27, 2015 14:22 Asia/Baku
Gəncədə Nardaran hadisələrinə görə 2 nəfər tutulub.
FaktXəbər-in DİN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, noyabrın 26-da Gəncə şəhər sakinləri Sabir Əliyev və Ruzi İsmayılov Nardaran qəsəbəsində baş vermiş hadisə ilə əlaqədar “Müsəlman biriliyi” adlı hərəkata dəstək üçün çağırışlar etdiyinə görə Nizami (Gəncə) Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən saxlanılıblar.Daxili İşlər Nazirliyinin açıqlamasında bildirilir ki, saxlanılan Sabir Əliyevdən “TT” markalı tapança, 8 ədəd patron, 1 ədəd patron darağı və 3,215 qram heroin və Ruzi İsmayılovdan isə 1 ədəd “F-1”, 1 ədəd “RQD-5” qumbaraları və 14 qram heroin götürülüb.