Noy 30, 2015 14:28 Asia/Baku
  • 
Təbriz və Ərdəbilin imamcümələri Nardaran barədə
    Təbriz və Ərdəbilin imamcümələri Nardaran barədə

Nardaranda baş verən hadisələr İranın din alimləri tərəfindən də pslənilir.

"Arannews"un verdiyi xəbərə görə, Ərdəbilin imamcüməsi Seyid Həsən Amili Bakının Nardaran kəndində baş verən hadisəyə toxunaraq deyib: “Azərbaycanda baş vermiş hadisə bizi narahat edir. Azərbaycanda baş verən hadisələrə görə, həm Azərbaycan Respublikası, həm də İran azəriləri tərəfindən bizə çoxlu müraciətlər edilib; onlar baş verən hadisədən bərk narahat olduqlarını bildiriblər. Ümid edirik ki, Azərbaycan dövləti öz tədbiri ilə vəziyyətin daha da ağırlaşmasına icazə verməyəcək”.
Təbrizin imamcüməsi Ayətullah Möhsün Müctəhid Şəbüstəri də məsələyə münasibət bidirib: "Bu, müsəlman əhalisi olan ölkəyə münasib deyil. Biz namaz qılanlar bu hadisəni pisləyir və Azərbaycan hükumətindən tələb edirik ki, xalq və ruhaniləri həbs etmək əvəzinə, müsəlmanlarla dinclik və əməkdaşlıq əsasında rəftar etsin."

Teqlər