Yerli mənbələr: 100-dən çox polis maşını Naradarana gəlib
Dek 01, 2015 10:51 Asia/Baku
Yerli mənbələrin bildirdiyinə görə, yüzdən çox polis maşını Bakının Nardaran qəsəbəsinə daxil olub.
Məlumatlara əsasən, zahirdə rəsmilərin əhali ilə Ərbəin mərasimini keçirmək barədə danışıqlar aparması görünür. Halbuki əhali bildirir ki, qəsəbə tamamilə mühasirəyə alınıb və meyitlərin mərasiminin yüksək səviyyədə keçirilməsinə mane olmaq istəyirlər.Sakinlər bildirir ki, Nardarana giriş-çıxış bağlanıb və əlaqə kəsilib və qəsəbəyə BTR-lə giriblər.
Maştağadan əldə olunan məlumata görə, bu qəsəbədə də oxşar vəziyyət müşahidə olunur.
Trend-in verdiyi məlumata görə isə, bu gün səhər saatlarından başlayaraq Nardaran sakinləri Maştağa qəsəbəsindən Nardaran istiqamətində gedən yolu bağlayıblar.
Trend bildirir ki, aksiya iştirakçıları Nardaran hadisələri zamanı həlak olanların meyitlərinin qaytarılmasını tələb edirlər. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları, eləcə də ağır zirehli texnika cəlb olunub.
Nardaran qəsəbəsindəki hadisədən 5 günün keçməsinə baxmayaraq, bu hadisədə həlak olanların meyitləri hələ də ailələrinə təhvil verilməyib.
26 noyabrda Nardaranda polisin hücum xarakterli həyata keçirdiyi əməliyyat nəticəsində 5 sakin və 2 polis həlak olub.
bu əməliyyatda Müsəlman Birliyi Hərəkatının sədri Hacı Tale Bağırzadə və bir neçə nəfər həbs olunub və bir qrup Nardaran sakini də yaralanıb.