Nardaranda Həzrət Seyyidüş-Şühədanın əza bayraqları yığışdırılıb
Dek 02, 2015 13:16 Asia/Baku
İmam Hüseyn (ə) Ərbəini ərəfəsində radikal qruplarla mübarizə bəhanəsi ilə Azərbaycan Respublikası hökuməti təəccübləndirici hərəkətdə Nardaran qəsəbəsində Həzrət Seyyidüş-Şühədanın (ə) bütün əza bayraqlarını yığışdırıb və onun yerinə Azərbaycan bayrağı sancıb.
Azərbaycan Respublikası hökumət məmurları çoxlu sayda qüvvələrin iştirakı ilə və hərbi-təhlükəsizlik şəraitində Nardaranda məsumların (ə) adları ilə bəzədilmiş bütün tabloları yığışdırıb və qəsəbənin məsumların (ə) adları ilə adlandırılan küçə və yolların adlarını dəyişdiriblər.Görünür bir neçə gün öncə Müsəlman Birliyi Hərəkatının sədri Hacı Tale Bağırzadənin həbs olunması, 7 nəfərin ölməsi və bir neçə nəfərin də həbs olunması ilə nəticələnən Nardaran əhalisi ilə qarşıdurmada hakimiyyətin əsas məqsədi bu qəsəbəni dindarlardan təmizləmək və hakimiyyətin qəsəbəyə nəzarətini gücləndirmək olmuşdur.
Bu ölkənin mediaları, xüsusilə də AZTV müxtəlif kütlələr və parlament nümayəndələrindən xəbərlər və müsahibələr yayımlamaqla hökumətin bu qəsəbə dindarlarına hücumu, bir neçə nəfərin ölməsi və yaralanması, qəsəbədə islam və şiəlik simvollarını yığışdırmaq üzrə hərəkətini əsaslandırmaqla yanaşı bu qəsəbənin terrorçuların yuvasına çevrildiyini, xarici qüvvələrin nəzarətində olduğunu və hakimiyyət tərəfindən Nardaranın təmizlənməli olduğunu elan etməyə çalışırlar.
Əldə olunan məlumatlara görə, bu qəsəbəyə elektrik hələ də verilmir və əhali əlaqə qurmaqda və internetə çıxışda ciddi problemlə üzləşib. Hazırda da bu kəndə giriş-çıxış çətinliklə və polisin nəzarəti ilə mümkündür.
Nardaran qəsəbəsi 10 min nəfərlik əhalisi ilə Bakının şimal-şərqində yerləşib və İmam Rzanın (ə) bacısı Bibi Rəhimənin (s.ə) pak məqbərəsinin bərəkəti ilə həmişə bu ölkə dindarları və möminlərinin diqqət mərkəzində durmuş və hər il min zəvvara evsahibliyi edir.
Nardaran Azərbaycan Respublikasında yeganə yerdir ki, küçələri və yolları məsumların (ə) mübarək adları ilə adlandırılmışdır və dini bayramlar və məsumların şəhadətlərinin ildönümü günləri möminlərin irimiqyaslı iştirakı ilə özünəməxsus şəkildə Bibi Rəhimənin (s.ə) pak məqbərəsinin kənarında keçirilir.
Bu kəndin əhalisi dindar ruhiyyəsinə görə həmişə hakimiyyətin təzyiqi altında olub və ətraf bölgələrin inkişafı və imkanları ilə müqayisədə ciddi fərqə malikdir.