Nardaran hadisəsi Azərbaycanın daxili işidir və şiəliyə hörmətsizlik üçün bəhanə olmamalıdır
Dek 04, 2015 19:52 Asia/Baku
-
Nardaran hadisəsi Azərbaycanın daxili işidir və şiəliyə hörmətsizlik üçün bəhanə olmamalıdır
İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Nardaran hadisəsini bu ölkənin daxili məsələsi adlandırıb və deyib: İran İslam Respublikasının prinsipial siyasəti dünya ölkələrinin daxili məsələlərində müdaxilə etməməkdir.
Möhsün Pakayin Bakıda Səhər Beynəlxalq Televiziyasının müxbirinə verdiyi müsahibədə Nardaran hadisəsi və bir neçə nəfərin ölməsi və yaralanmasından təəssüflənib və bildirib: Reallıq budur ki, bəzi fürsətçilər çalışdılar ki, bu hadisədən sui-istifadə etsinlər və məsələni İran İslam Respublikası ilə əlaqələndirsinlər. Onlar həbs olunan şəxslərin İran İslam Respublikasının himayəsində olduğunu qələmə verməyə çalışdılar ki, bu vasitə ilə İran İslam Respublikasını bu məsələyə qarışdırsınlar.Pakayin əlavə edib: İranın Nardaranda baş verən hadisədə heç bir rolu yoxdur və İslam Respublikasının prinsipial siyasəti dünya ölkələri, dost və qonşu ölkələr, xüsusilə İranla çoxlu ortaqlıqlara malik Azərbaycan Respublikasının daxili məsələlərində müdaxilə etməməkdir.
İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri hazırkı şəraitdə iki ölkənin müsbət əlaqələri, İran və Azərbaycan prezidentlərinin dəfələrlə görüşləri, ötən iki il yarım ərzində iki ölkənin yüksək səviyyəli rəsmilərin iştirakı ilə 50-dən çox heyətlərin gediş gəlişi, iki tərəf arasında onlarla sənədin imzalanması və dekabr ayının sonlarında Tehranda iki ölkənin iqtisasi müştərək komissiyasının keçiriləcəyinə toxunaraq bildirib: Bu ortaqlıqlar heç vaxt Azərbaycan Respublikasının daxili məsələlərində müdaxilə etmək olmamış və mən İranın Azərbaycan Respublikasının daxili məsələlərində müdaxiləsini tam şəkildə təkzib edirəm. Əlbəttə Azərbaycan Respublikası rəsmiləri də mənimlə eyni fikirdədirlər. Onlar bizə bildiriblər ki, İranla əlaqələrin genişlənməsinə marağı olmayan, təəssüflər olsun ki, tribunası olan və İranın bu məsələdə müdaxiləsini irəli sürən media və şəxslərin mövqeyini qəbul etmirik. Belə ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri bir bəyanat verərək açıq-aşkar bu məsələyə işarə edib.
İran səfiri sözlərinin digər hissəsində vəhhabilərin son hadisələrdən sui-istifadə etməsinə toxunub və deyib: Qafilliklə, Qafqazda gəncləri cəzb edərək təlim keçən və Suriyada İŞİD terror qruplaşmasının sıralarında döyüşmək üçün onları göndərən şəxslər təkfirçi qruplaşmalar və terrorçuların yetişdirilməsinə çalışırlar. Onların bu hadisədən sui-istifadə etməyə və şiəliyi təkfirçilikdə ittiham etməyə haqqı yoxdur. Çünki şiəlik bütün tarix boyu və hazırkı dövrdə təkfirçilik və radikallıqla mübarizənin bayraqdarı olub və belə ittihamlar şiələrə zülmdür.
Möhsün Pakayin şiəliyi dünyada ən məntiqli məzhəb adlandırıb və Azərbaycanın bəzi media və ictimai siyasi fəallarının şiəliyi ifratçı adlandırmalarını tənqid atəşinə tutaraq deyib: Artıq bu məsələ Azərbaycanın daxili məsələsi deyildir. Bu məsələ islam və şiəlik dünyasına aiddir və bu məsələ ilə davranmaq lazımdır.
İran İslam Respublikasının Bakıdakı səfiri Azərbaycan Respublikası rəsmilərindən istəyib ki, bu təxribatçı hərəkətlərin qarşısını alsınlar. Çünki Azərbaycanın özü dünyada ikinci şiə ölkəsidir.
Laik olmağın dinlər və məzhəblərə hörmətsizliyə icazə vermədiyini bəyan edən Pakayin deyib: Laik olmaq bu mənada deyil ki, biz dinlər və məzhəblərin simvollarını və müqəddəslərini görməməzliyə vuraq və onların fəaliyyətinə məhdudiyyət yaradaq.
Möhsün Pakayin deyib: Misal üçün Hindistan və İndoneziya kimi böyük ölkələrdə hökumətlərin laik olmasına baxmayaraq, müsəlmanlar və şiələr rahatlıqla öz əməlləri və mərasimlərini həyata keçirirlər. Azərbaycanda da hakimiyyət dini mərasimlərin keçirilməsinə lazımi şəraiti yaratmalıdır.
Pakayin deyib: Biz ümidvarıq ki, Azərbaycan Respublikasında da bu məsələyə diqqət yetiriləcək və bu ölkənin daxili məsələsi olan Nardaran hadisələri bəhanəsi ilə şiələrin inanclarına hörmətsizlik olmayacaq.