“Azərişıq”dan Nardaranla bağlı açıqlama
Dek 05, 2015 11:25 Asia/Baku
Havanın soyuq olması Nardaranda qazın və borcun olmasına görə işığın kəsilməsi səbəbindən, insanların həyatında problem yaradıb.
“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev ANS-ə bildirib ki, Nardaran qəsəbəsində əhalinin enerji təminatını bərpa etmək üçün addımlar atılıb.Nardaran qəsəbəsində olan 67 transformatordan 7-si qidalandırmaq üşün hazır vəziyyətə gətirilib. Deyilənlərə görə, bu gün səhərdən başlayaraq, xüsusi qərargaha gəlib, “Azərişıq”la yeni müqavilə bağlayan və bununla SMS tipli sayğacların quraşdırılmasına razılıq verən hər bir sakinin evinin elektrik enerjisi bərpa ediləcək.
Azərişıq təmsilçisinin dediyinə görə, artıq 300 evə sayğac quraşdırılıb: "Təbii ki, əhali sayğaclara yüklədiyi vəsait qədər işıq ala biləcək. Amma bundan əvvəl işığı kəsilən hər bir sakin bundan əvvəlki borcunu da tanımalıdır"
Qəsəbə sakinlərinin bundan əvvəlki borclarına gəlincə, “Azərişıq”dan bildiriblər ki, bu məsələ hələ tam həll olunmamış qalır. Tərəflər arasında razılığın əldə olunacağı təqdirdə, həmin borcların, həcmə görə ödəniş qrafikinə salınaraq, hissə-hissə, uzun müddətə ödəniləcəyi istisna edilmir.
Noyabrın 27-də Nardaranda elektrik enerjisinin verilişi dayandırılıb.