Azərbaycan Respublikasının neft platformasında yanğında itkin düşənlərin axtarışı davam edir
Dek 06, 2015 16:26 Asia/Baku
-
Azərbaycan Respublikasının neft platformasında yanğında itkin düşənlərin axtarışı davam edir
Azərbaycan Respublikasının Xəzər dənizindəki “Günəşli” yatağının 10-cu dərin dəniz özülündə baş vermiş qəzadan iki günün ötməsinə rəğmən, hadisədə itmiş 29 nəfərin axtarışı davam edir.
Azərbaycan Respublikasının operativ qərargahı bildirib ki, Xəzər dənizinin cənubundakı “Günəşli” yatağının 10-cu dərin dəniz özülündə baş vermiş qəza və qaz kəmərinə xəsarətin dəyməsi ilə nəticələnmiş cümə günü gecəki güclü tufan bir nəfərin ölməsi və 29 nəfərin itkin düşməsinə bais olub. Hadisə zamanı bu neft platformasında işləyən 32 nəfər xilas edilib.Bu yanğından sonra İranın Azərbaycan Respublikasındakı səfiri Möhsün Pak Ayin yanğının söndürülməsi və itkin düşənlərin axtarılması üçün Tehranın hazır olduğunu bildirdi və dedi ki, ölkənin böhranın idarə edilməsi təşkilatı tərəfindən Xəzər dənizində yerləşən əməliyyat bölmələrinə lazımı göstərişlər verilibdir.
İranın Azərbaycan Respublikasındakı səfiri həmçinin deyib ki, Azərbaycan Respublikasının ehtiyac duyacağı halda yanğının söndürülməsinə kömək üçün lazımi addımlar atılacaq.
Bu hadisənin ardınca Azərbaycan Respublikasının prezidenti bu ölkədə bazar gününü ümumi matəm elan edib.
Tufanlı hava bu platformada yardım çatdırma və yanğın söndürmə əməliyyatını problemlərlə üzləşdiribdir.
Teqlər