Dek 07, 2015 17:10 Asia/Baku
  • Günəşlidə yanğın dayanmır
    Günəşlidə yanğın dayanmır

SOCAR-ın “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğını söndürmək hələ ki mümkün olmayıb. Yanğın nəticəsində itkin düşən 29 nəfərdən 6-nın cəsədi tapılıb.

APA-nın məlumatına görə, bunu SOCAR-ın “Azneft” İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov yaradılan operativ qərargahda keçirilən brifinqdə bildirib.

"Saat 16:00-a olan məlumata görə, xilasedicilər tərəfindən itkin düşmüş 29 nəfərdən 6-nın cəsədi tapılıb.

O əlavə edib ki, axtarış tədbirləri davam etdirilir.

B. Ağarəhimovun sözlərinə görə, yanğını söndürmək hələ ki mümkün olmayıb.

Teqlər