Dek 07, 2015 18:24 Asia/Baku
  • Günəşlidəki yanğın ardınca Bakı Tehranı məlumatlandırıb
    Günəşlidəki yanğın ardınca Bakı Tehranı məlumatlandırıb

Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini Adil Abdullayev bazar günü bildirib: Rəsmi Bakı Xəzər dənizində Günəşli yatağındakı yanğın hadisəsində itkin düşənlərin vəziyyəti ilə bağlı Tehranı məlumatlandırıb.

Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadla verdiyi məlumata görə, Adil Abdullayev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ARDNŞ-a aid Xəzər dənizindəki neft platformasında yanğın hadisəsi ilə əlaqədar keçirdiyi mətbuat konfransında deyib: İran İslam Respublikası və Türkmənistanın əlaqədar qurumları bu hadisədə itkin düşən şəxslərin vəziyyəti barədə məlumatlandırılıblar.

Abdullayev əlavə edib: Hazırda Xəzər dənizində itkin düşənlərin tapılması üçün axtarış əməliyyatı davam edir.

Azərbaycan Respublikası dövlət dairələri Xəzər dənizində kəskin qasırğanın baş verməsini bu neft platformasındakı dəhşətli yanğının səbəbi elan ediblər. Halbuki qeyri-rəsmi dairələr İngiltərənin Dövlət Neft Şirkəti BP tərəfindən quraşdırılmış avadanlıqların köhnə olmasını Günəşli neft yatağındakı yanğının əsas amillərindən hesab ediblər.

Bu neft yatağında ümumilikdə 63 nəfər çalışırmış. Azərbaycan Respublikası prezidenti İlham Əliyev 6 dekabrı bu ölkədə matəm elan edib. Dünyanın bəzi ölkələrinin rəhbərləri, o cümlədən İran İslam Respublikası, Rusiya və Gürcüstan prezidentləri azərbaycanlı həmkarına ünvanladıqları məktubda bu hadisə ilə bağlı İlham Əliyevə başsağlığı veriblər. İran bu istiqamətdə Azərbaycan Respublikasına kömək etməyə hazır olduğunu bildirib.

Teqlər