Azərbaycan Ermənistanın hərbi təchizatını hədəfə alıb
-
Azərbaycan Ermənistanın hərbi təchizatını hədəfə alıb
Azərbaycan Respublikası Müdafiə Nazirliyi bu ölkə ordusu hərbi qüvvələri tərəfindən Ermənistan ordusunun təchizatının hədəfə alındığını bildirib.
Səhər Beynəlxalq Televiziyasının Trend İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, Azərbaycan Respublikası Müdafiə Nazirliyi bir bəyanatda bildirib: Qarabağda təmas bölgəsində Ermənistan ordusunun təchizatı Azərbaycan ordusu qüvvələri tərəfindən hədəfə alınıb və məhv edilib.
Azərbaycan Respublikası ordusu Silahlı Qüvvələri bazar ertəsi günü də Ermənistanın bir pilotsuz təyyarəsini vurublar.
Ermənistan hökuməti hələlik bu məlumatlara reaksiya verməyib.
Ötən il payızın sonlarında da Azərbaycan Respublikası Müdafiə Nazirliyi bildirdi ki, Ermənistanın hərbi helikopteri Azərbaycanın hava zolağını pozduğuna görə vurulub.