Ərəbistan Yəmənə qarşı təcavüzlərini artırır
https://azeri.sahartv.ir/news/azərbaycan-i200597-Ərəbistan_yəmənə_qarşı_təcavüzlərini_artırır
Ərəbistan qırıcıları Yəmənin müxtəlif məntəqələrini bombardman ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 09, 2015 10:03 Asia/Baku
  • Ərəbistan Yəmənə qarşı təcavüzlərini artırır
    Ərəbistan Yəmənə qarşı təcavüzlərini artırır

Ərəbistan qırıcıları Yəmənin müxtəlif məntəqələrini bombardman ediblər.

Əl-Məsirə informasiya kanalının verdiyi məlumata görə, Ərəbistanın başçılıq etdiyi təcavüzkar koalisiyanın qırıcı təyyarələri Yəmənin paytaxtı Sənanın hava limanını bir neçə dəfə bombardman ediblər.

Ərəbistan qırıcıları həmçinin, Məarib vilayətində, Kufəl məntəqəsinə nəzarət imkanı olan hərbi bazaları bombardman ediblər. Bu hücumlar nəticəsində bir neçə sivil həlak olub və yaralanb.

Ərəbistan qırıcılarının Sədə vilayətində qeyri-hərbi hədəflərə raket zərbələri endirmələri nəticəsində də bir neçə sivil vətəndaş həlak olub və ya yaralanıb.

Buna baxmayaraq, Yəmən ordusu və xalq qüvvələri Ərəbistanın təcavüzlərini durdurmaq məqsədi ilə Yəmənin cənubunda yerləşən Əsir vilayətində Ərəbistanın Əsir hərbi bazasını raket və minaatanlarla hədəfə alıblar.