İran və Azərbaycan iqtisadi komissiyasının iclası Tehranda keçiriləcək
-
İran və Azərbaycan iqtisadi komissiyasının iclası Tehranda keçiriləcək
İran və Azərbaycanın iqtisadi komissiyası dekabrın 21-də Tehranda keçiriləcək
Səhər kanalı müxbirinin Astaradan verdiyi məlumata görə, İranın Azərbaycandakı səfiri deyib: İran və Azərbaycanın müştərək iqtisadi komissiyası 21 dekabrda Azərbaycanın iqtisadiyyat nazirinin iştirakı ilə Tehranda keçiriləcək.
Möhsün Pakayin əlavə edib: İran və Azərbaycan arasında qaz mübadiləsinin həcmi 1 milyard kubmetrdir və il boyu davamlı olaraq mübadilə edilir. İran Xəzərin sahiliində Astara sərhədi vasitəsilə qazı Azərbaycandan alır və "swap" yolu ilə Naxçıvan Muxtar Respblikasına mavi yanacaq ötürür.
M.Pakayin əlavə edib: Naxçıvanın soyuq bir iqlimə malik olduğunu nəzərə alaraq, Azərbaycan Naxçıvana İran yolu ilə daha artıq qazın ötürülməsini istəyir. Və bu istiqamətdə iki ölkə arasında müzakirələr həyata keçirilir.
İran səfiri həmçinin deyib: İran və Azərbaycan enerji, ticarət və mədəniyyət sahələrində də geniş əməkdaşlıq imkanlarına malikdirlər və bu gün hər iki ölkə hökuməti bu əlaqələrin genişləndirilməsi və dərinləşdirilməsi istiqamətində ciddi iradəyə m alikdir.
İran səfiri İran İslam Respublikası prezidenti və dövlətinin qonşu ölkələr ilə əlaqələrin inkişaf etdirilməinə xüsusi önəm verdiklərini deyərək, vurğulayıb: İran region ölkələri və xalqları ilə dostluq, sülh, bərabərlik və birlik yolunu seçib.
Pakayin əlavə edib: İran və Azərbaycan öz coğrafiyasında bir-biriləri üçün bir növ körpü və Oman dənizindən Qara dənizə qədər uzanan bir dəhlizin yaradılmasında təkmilləşdirici rolunu oynaya bilərlər.