Dek 14, 2015 15:52 Asia/Baku
  • Nardaran hələ də polisin güclü nəzarəti altındadır
    Nardaran hələ də polisin güclü nəzarəti altındadır

Nardaran hələ də Azərbaycan Respublikası polis qüvvələrinin güclü nəzarəti altındadır.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Nardaran qəsəbəsi ağsaqqallarından Natiq Kərimov Səhərin müxbirinə verdiyi müsahibədə əlavə edib: Nardaranın girişləri və daxilində polis postları qurulub və nararanlı olmayanların qəsəbəyə daxil olması hələ də mümkün deyildir.

İmam Musa Kazımın (ə) əziz qızı Bibi Rəhimə (s.ə) ziyarətgahına getməyin mümkün olmadığını da qeyd edən Kərimov bildirib: Əvvəllərlə müqayisədə, ictimai nəqliyyat sərnişinləri İmam Hüseyn meydanı yerinə qəsəbənin girişində yanacaqdoldurma məntəqəsinin kənarında düşürürlər və ziyarətgaha qədər piyada gəlmək çox çətindir və yolda da bir neçə polis yoxlaması yerləşdirilmişdir.

Nardaran Ağsaqqallar Şurasının sədri Nardaran məscidlərində camaat namazının qılınmasının mümkün olmadığını bildirib və deyib: Bir neçə nəfərdən çox insanın toplaşdığı hər bir yerdə polis müdaxilə edir və qoymur və Nardaran tam şəkildə nəzarət altındadır.

Yoxlamaların hələ də davam etdiyini bildirən Kərimovun sözlərinə görə, məscidlərdə də şəxsləri nəzarət üçün qoymuşlar və inzibati xətaları olan şəxslər minimum 12 sutka müddətinə həbs olunur. Hakimiyyət Bibi Rəhimə ziyarətgahının imam camaatı Hacı Nuhbala Rəhimovu 12 gün və Nardaran Cümə məscidinin imam camaatı Höccətülislam Ataməli Nuru 30 gün müddətinə azadlıqdan məhrum edib.

Natiq Kərimov deyib: Bu iki ruhaninin həbsinin səbəbi hələ də bəlli deyildir və qanunsuzluq və vəkilin və yaxud təqsirləndirilən şəxsin yaxınlarından birinin olmaması ilə bu həbslər həyata keçirilir.

Kərimov sonda bildirib: Qəsəbənin bəzi evlərində əhalinin istifadəsi üçün qaz sayğacları quraşdırıblar və bəzi mənzillər üçün də sayğaclar quraşdırılmaqdadır. Lakin elektrik sayğacı təxminən 90% mənzil üçün quraşdırılmışdır. Bununla belə imkanları olmayan ailələr bu imkandan istifadə edə bilməzlər.

Teqlər