Azərbaycan Respublikası ordusunun əsgəri şəhid olub
Dek 15, 2015 06:55 Asia/Baku
-
Azərbaycan Respublikası ordusunun əsgəri şəhid olub
Dekabrın 14-də Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində erməni qüvvələrlə döyüş toqquşmasında Azərbaycan Respublikası silahlı qüvvələrinin hərbi qulluqçusu əsgər Rəhimli Nihad İltifat oğlu şəhid olub.
Bu barədə Azərbaycan Respublikasının Müdafiə Nazirliyindən bildiriblər.
“Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə baş sağlığı verir və səbr diləyir!
Müdafiə Nazirliyi bildirir ki, qoşunların təmas xəttində vəziyyətin gərginləşdirilməsinə görə məsuliyyət bütünlüklə Ermənistanın cinayətkar hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”, - deyə, nazirlikdən qeyd ediblər.
Teqlər